Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 11:06
"Formula 1”də iyulda yeni mövsüm başlaya bilər.
Qol.az xəbər verir ki, bu barədə yarışın idman direktoru Ross Braun “Sky Sport”a açıqlamasında deyib.
O bildirib ki, əvvəllər olduğu kimi 21 yox, 18-19 Qran Pri keçirmək variantı hələ də mümkündür. Ancaq Braun ilk yarışların azarkeşsiz keçirilə biləcəyini istisna etməyib:
"Fikrimcə, bu, yarışmanı keçirməməkdən daha yaxşıdır. Milyonlarla tamaşaçı bizi evdən izləyir. İndi onlar təcrid olunublar. Yarışlar onlar üçün böyük bir bonus ola bilər. Çox güman ki, mövsüm Avropada başlayacaq. İyulda başlayacağımız təqdirdə, 18-19 Qran Pri keçirə bilərik".
Bununla yanaşı, "Grand Prix Radio"su yarışın başlanma tarixlərini açıqlayıb. Bildirilir ki, mövsüm iyulun 19-da Böyük Britaniya mərhələsi ilə start götürəcək. Azərbaycan Qran-prisi isə oktyabrın 11-də başlayacaq.