Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 12:34
Argentina millisinin sabiq hücumçusu Ernan Krespo Lionel Messi barədə fikirlərini bölüşüb.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, o, həmyerlisi barədə xoş sözlər söyləyib:
"Messi olmaq çox çətindir. Heç kim özünü Maradonanın yerinə qoya bilmədiyi kimi, onun yerinə də qoya bilməz. Leo illərdir ən yüksək səviyyədə çıxış edir. Buna rəğmən, inkişaf edir, oynayır və həmişə çalışır. O, yalnız futbolçu deyil, həm də peşəkar idmançı kimi nümunədir. Messi bir futbolçudan daha böyükdür".