Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə əxlaqsızlıq yuvası təşkil edən Vidadinin işi MƏHKƏMƏDƏ

Gəncədə əxlaqsızlıq yuvası təşkil edən Vidadinin işi MƏHKƏMƏDƏ

Tarix: 9 Aprel 2020 19:58

Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Vidadi Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sonxeber.net demokrat.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zaur Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 21-nə təyin olunub.

İttihama görə, Vidadi Məhərrəmov Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil edib. O, bir neçə qadından ibarət qarup yaradıb və onları ayrı-ayrı kişilərlə görüşməsini təşkil edib.

Bunun müqabilində Vidadi Məhərrəmov maddi gəlir əldə edib.

Polisin keçirdiyi əməliyyat nəticəsində Vidadi Məhərrəmov həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub.


Etiketlər:  Gəncədə əxlaqsızlıq yuvası təşkil edən Vidadinin işi MƏHKƏMƏDƏ


RƏYLƏR