Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 15:52
Bakı Nəqliyyat Agentliyi xüsusi karantin rejimində Bakıda sərnişindaşımada olan vəziyyəti açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, karantin günlərində 7 ekspres xətt üzrə 100-ə yaxın avtobus fəaliyyət göstərir:
"Daha 100 avtobus isə ehtiyatda saxlanılıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Lakin hələ də səhər və axşam saatlarında avtobuslarda sıxlıq müşahidə olunur, çünki sərnişin axını çoxdur.
Qeyd edim ki, aprelin 1-də 614 142 sərnişin daşınıb. Aprelin 3-də 550 570 min nəfər, ayın 4-də 490 200 nəfər, 5-də 177 209 nəfər, ayın 6-7-də 370 390 nəfər, aprelin 8-də isə 420 701 nəfər sərnişin daşınıb".