Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 12:40
Bakı. Samir Əli - Trend:
Vəkillər Kollegiyasında son 6 ay ərzində 2 dəfə imtahan keçirilib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Kollegiya sədri bildirib ki, imtahanlar mütəmadi olaraq davam etdirilir:
"Sentyabr ayında yenidən imtahan olacaq. Ola bilsin ki, ilin sonunda daha bir imtahan keçirilsin. Çünki vəkilliyə kifayət qədər böyük maraq var. Hər gün bir neçə namizəd sənəd verib vəkil olmaq istəyir. İmtahanlar şəffaf və asan keçir. Biz istəyirik ki, daha çox hüquqşünas vəkilliyə qəbul edilsin. Çünki regionlarda vəkillərin sayı azdır. Bütün bu islahatların da bir məqsədi var ki, o da vəkillik institutunun stimullaşdırılması, regionlarda vəkillərin sayının artırılmasıdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin