Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maliyyə dəstəyi ilə bağlı qurumlararası məsələlərin əlaqələndirilməsi üzrə İşçi Qrupu yaradılıb

Maliyyə dəstəyi ilə bağlı qurumlararası məsələlərin əlaqələndirilməsi üzrə İşçi Qrupu yaradılıb

Tarix: 10 Aprel 2020 17:36

Bakı. Trend:

Koronavirus (COVİD 2019) pandemiyasının ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılan sahələrdə çalışan muzdlu işçilərə əmək haqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, maliyyə dəstəyinin göstərilməsi çərçivəsində Nazirliyinin qurumları arasında məsələlərin əlaqələndirilməsi üçün İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun rəhbərliyi ilə İşçi Qrupu yaradılıb. İşçi Qrupuna Nazirliyin müvafiq strukturlarının rəhbərləri daxildir.

Qeyd edək ki, artıq sahibkarlıq subyektlərindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciətlərin qəbuluna və ödənişlərin həyata keçirilməsinə başlanıb.


Etiketlər:  Maliyyə dəstəyi ilə bağlı qurumlararası məsələlərin əlaqələndirilməsi üzrə İşçi Qrupu yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ