Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 22:20
Bakı. Trend:
Dünyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 100 min nəfəri ötüb.
Trend-in məlumatına görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.
Məlumata əsasən, ən çox ölüm halı İtaliyada (18 849), ABŞ-da (17 925), İspaniyada (15 970), Fransada (12 210) və Böyük Britaniyada (8 958) qeydə alınıb. Ölənlərin ümumisayı 100 376 nəfər təşkil edir.
Bildirilir ki, koronavirusa yoluxma hallarının da sayı artaraq 1,6 milyon ötüb. Xəstəlikdən 368 mindən artıq insan sağalıb.