Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Burning Man'' festivalı ləğv edilib

''Burning Man'' festivalı ləğv edilib

Tarix: 11 Aprel 2020 09:28

Bakı. Trend:

ABŞ-ın Blek-Rok səhrasında hər il keçirilən musiqi və incəsənət festivalı tarixdə ilk dəfə ləğv edilib.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə qərar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Təşkilatçılar tədbirin avqustun 30-na təyin olunmasına baxmayaraq, onun ləğv edilməsi barədə qərar qəbul etmək məcburiyyətində qalıblar.

Onlar bildirib ki, insanlar qlobal problemlə üzləşib. Festivalın ləğv edilməsi barədə qərar uzun müzakirələrdən sonra qəbul edilib.


Etiketlər:  Burning festivalı ləğv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ