Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 11:22
“Borussiya” Dortmundun yarımmüdafiəçisi Mario Qötze klubdan ayrılacağını təsdiqləyib.
Qol.az “Mirror”a istinadən xəbər verir ki, bu barədə 27 yaşlı futbolçu özü məlumat verib.
“Bu gün bildirmək istəyirəm ki, karyeramda dəyişilik etmək qərarı vermişəm. Mən agentimi dəyişdim. Bu, gələcək idman həyatım üçün vacib qərardır” – deyə o qeyd edib.
Əlavə edək ki, Qötzenin “Borussiya” ilə müqaviləsi bu il iyunun sonunda başa çatır.