Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 19:36
Beynəlxalq alimlər qrupu karantinin insanların ruhi sağlamlığına təsirlərini izah edib.
Sonxeber.net xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatın nəticələri Psixiatriya Tədqiqatı elmi jurnalında dərc edilib.
Tədqiqatın ilkin nəticələri göstərib ki, COVID-19-un ən çox yayıldığı ərazilərdə yaşayan sakinlər xüsusilə psixoloji problemlərdən gileylənib. Onlar bildirib ki, karantin müddətində fiziki və ruhi sağlamlıq səviyyələri aşağı düşüb. Nəticə etibarıyla həyatdan məmnunluq göstəriciləri də ürəkaçan olmayıb. Məlumatlar mütəxəssislər tərəfindən Çinin karantin rejimində olan 64 bölgəsində aparılan sorğu əsasında toplanıb.
Rəyi soruşulanların dörddə birindən çoxu karantin dövründə ofisdən, 38 faizi evdən işlədiyini, 25 faizi isə məzuniyyətə göndərildiyini deyib. Vətəndaşların psixoloji vəziyyəti bir ay həbsdə olan Avstraliya məhbuslarının ruhi sağlamlığı ilə müqayisə edilib.
"Təəccüblənmədik, araşdırma insanlara bir hədəf verə bilər, bu, pandemiya zamanı xüsusilə vacibdir", - deyə Sidney Universitetinin professoru Andreas Rauç açıqlamasında qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatı isə elan edib ki, psixoloji problemlər koronavirus infeksiyasının tipik əlaməti deyil. (publika.az)f