Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 10:56
Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyi Sabirabad Perinatal Mərkəzində İmişli rayon sakini Mürsəlova Nurdan Telman qızının yenidoğulan körpəsinin həkim səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölümlə bağlı məhkəmə tibbi ekspertizanın verdiyi rəydən sonra hüquq-mühafizə orqanları işi araşdıracaqlar:
"Bu barədə məlumatı da onlar verməlidirlər. Əgər həkim səhlənkarlığı varsa, həkim məhkəmə qarşısında cavab verəcək".
Qeyd edək ki, İmişli rayon sakini Mürsəlov Mirəziz Mirağa oğlu İmişli Rayon Polis Şöbəsinə yeni doğulmuş nəvəsinin ölümü ilə əlaqdar müraciət edib. Şikayətçi nəvəsinin həkim səhlənkarlığından dünyasını dəyişdiyini iddia edib.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin