Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 00:00
Bakı. Trend:
Fransada yeni növ koronavirusdan daha 315 nəfər dünyasını dəyişib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkə ərazisində ölənlərin ümumi sayı 14 393 nəfərə çatıb. lümlərdən 9 253-ü xəstəxanalarda, 5 140-ı isə qocalar evində qeydə alınıb.
Bildirilir ki, hazırda 6 845 nəfər reanimasiya şöbəsində saxlanılır. Ümumilikdə xəstəxanalarda 31 826 nəfər müalicə alır.