Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da koronavirusdan ölənlərin sayı 22 mini ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 22 mini ötüb

Tarix: 13 Aprel 2020 07:04

Bakı. Trend:

ABŞ-da saat 05:00 üçün yeni növ koronavirusdan ölənlərin sayı 22 023 nəfərə çatıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə 2,8 milyondan artıq insan koronavirus testindən keçib. Koronavirusa yoluxanların ümumi sayı 555 313 nəfər təşkil edir.

Universitet qeyd edir ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 1 846 963 nəfərə, ölənlərin sayı isə 114 101 nəfərə çatıb.


Etiketlər:  ABŞ koronavirusdan ölənlərin sayı mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ