Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 16:08
Bakı. Samir Əli - Trend:
Ağsu rayon sakininin xüsusi karantin rejiminin qaydalarını pozaraq saxta yolla icazə alması müəyyən edilib.
Trend-in məlumatına görə, Ağsu rayon sakini İlqar Kərimov evdən çıxmaq üçün saxta icazə alıb.
O oğlunun şəxsiyyət vəsiqəsinin seriya nömrəsini 8103 nömrəsinə qısa mesajla göndərərək evdən çıxıb. Xüsusi karantin rejim qaydalarını pozan həmin şəxs müəyyən edilərək rayon polis şöbəsinə gətirilib və barəsində inzibati tədbir görülərək sərbəst buraxılıb.