Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yelkənçilərimizin Fransada keçirləcək Avropa çempionatına hazırlıqlarına start verilib (FOTO)

Yelkənçilərimizin Fransada keçirləcək Avropa çempionatına hazırlıqlarına start verilib (FOTO)

Tarix: 31 May 2019 21:56

Bakı. Trend:

Yelkənli İdman Federasiyasının “Optimist” sinfi üzrə yelkənçilərindən ibarət komandası Fransada “Optimist” sinfi üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Azərbaycan Yelkənli İdman Federasiyasından Trend-ə verilən məlumata görə, çempionata hazırlıq məqsədilə yelkənçilər İzmirdə məşqlərə start veriblər.

Təlim – məşq düşərgəsində Azərbaycanı “Optimist” sinfi üzrə yelkənçilər Kristina Kərimova, Fidan Ağazadə, Səxavət Əzimov, Murad Hacı-Zadə, Timur Sıkaçevskiy, “Optimist” sinfi üzrə baş məşqçi təmsil edirlər. Seyhun Yıldızın rəhbərliyi altında təlimatlanan yelkənçilərimiz qayıqların hazırlanması, yelkənlərin qurulması prosesini uğurla baş çatdırıblar.

Hazırlıq məşqlərində Yunanıstan, Malta, Bolqarıstan və Türkiyədən olan yelkənçilər də iştirak edir. Məşqlərə Beynəlxalq və Dünya Yelkəni üzrə məşqçi Vagelis Atzemian tərəfindən hazırlıq toplantısından sonra məşqlərə start verilib. Yelkənçilər xüsusi çətin şərtlər altında məşqlərə cəlb olunublar. Saatlarla davam edən məşqlərdə Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri bacarıq və hazırlıqları ilə beynəlxalq məşqçilərin rəğbətini qazanmağa müvəffəq olubar. Yelkənçilər maraqlı bir yoxlamadan da keçiblər. İki nəfərdən biri tünd qara eynəklə yelkəni idarə etməli olub. Komanda yoldaşının müşaiəti altında toplanış məntəqəsinə səhvlərə yol vermədən çatmaq məşq prosesində çətin və maraqlı anlar yaşadıb. Yelkənçilərin peşəkarlığını və sayıqlığını artırmaq məqsədilə tətbiq edilən bu addım idmançıların mübarizəsini daha gücləndirib.

Qeyd edək ki, beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.

Xatırladaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7 - 14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yelkənçilərimizin Fransada keçirləcək Avropa çempionatına hazırlıqlarına start verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ