Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Google-da çoxlu səhifə açanlar üçün yeni funksiya

Google-da çoxlu səhifə açanlar üçün yeni funksiya

Tarix: 14 Aprel 2020 22:20

İşləyərkən Google-da bir neçə səhifə açan MAC və ya Windows istifadəçiləri artıq Google-ın yeni funksiyasından yararlana bilərlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google belə istifadəçilər üçün qrup səhifələri adlı yeni funksiyasını istifadəyə verib. Yeniliyə görə, artıq səhifələri rənglər və adlar üzrə qruplaşdırmaq mümkün olacaq.

Bunun üçün səhifənin sağ küncündən "yeni qrupa əlavə et" bölməsini seçmək, rəng və ya ad əlavə etmək kifayətdir. Digər səhifələri isə sağ küncündən "mövcud qrupa əlavə et" əmri ilə qruplaşdırmaq mümkündür.

Milli.Az


Etiketlər:  Google da çoxlu səhifə açanlar üçün yeni funksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ