Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zoom xidməti məhkəməyə verilib

Zoom xidməti məhkəməyə verilib

Tarix: 14 Aprel 2020 22:52

"COVID-19" pandemiyasından sonra olduqca populyarlaşan Zoom xidməti qurğusunda aşkarlanan boşluğa görə məhkəməyə verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, hazırda internetə minlərlə Zoom istifadəçisinin fərdi məlumatları "sızıb".

Bu hadisədən sonra ABŞ senatorları insanları Zoom xidməti vasitəsilə onlayn konfrans keçirtməkdən imtinaya səsləyiblər.

Zoom Video Communications Inc-nin səhmdarı Michael Drieu şirkəti fırıldaqçılıqda və Zoom səhmlərinin daha da böyüməsinə mane olan təhlükəsizlik problemlərini gizlətməkdə günahlandırıb.

O, şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

İddiaya əsasən, şirkət qurğusunda olan boşluğu aradan qaldırmır, həmçinin istifadəçisinin məlumatlarını üçüncü tərəfə, o cümlədən Feysbuk kompaniyasına satır. Ötən həftə müxtəlif mənbələrin yaydığı məlumata görə, Zoom istifadəçilərinə dair onlarla videomateriallar (video dərslər, seanslar, məsləhətlər və s.) "sızdırılıb".

Qeyd edək ki, 2011-ci ildə yaradılan "Zoom Video Communications" məsafədən onlayn əlaqə yaratmaq üçün xidmət göstərir. Son zamanlar Zoom xidməti sürətlə məşhurlaşır. Analitiklər hesab edirlər ki, Zoom pandemiya dövründə ən çox gəlir əldə edən şirkətlər sırasında ilk yerlərdə qərarlaşacaq.

Hələ yanvar ayının əvvəlində şirkətin bir səhm qiyməti 70 dollar idi, martın sonunda isə qiymət 160 dollara çatdı. Şəbəkənin təhlükəsizliklə bağlı problemi barəsində yayılan məlumatdan sonra isə səhm qiymətləri azalaraq 117 dollara düşdü.

"Zoom Video Communications" şirkətinin nümayəndələri bildiriblər ki, onlar istifadəçilərin məxfilik və təhlükəsizlik gözləntilərini doğrultmayıblar: "Biz bütün gücümüzü səfərbər edib mövcud problemi aradan qaldıracağıq".

Milli.Az


Etiketlər:  Zoom xidməti məhkəməyə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ