Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 23:02
UEFA Danimarkanın "Kopenhagen" klubunun futbolçusu Maykl Santosu 3 oyunluq cəzalandırıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna uruqvaylı hücumçunun Avropa Liqasının 1/16 final mərhələsində "Seltik"lə cavab oyununda (3:1) etdiyi hərəkət səbəb olub. Belə ki, M.Santos komandasının ikinci qolunu çılğın şəkildə qeyd etdiyi zaman onu sakitləşdirməyə çalışan polisi itələyib.
Qeyd edək ki, 1/8 finala yüksələn "Kopenhagen" bu mərhələdə "Başakşəhər"ə rəqib olub.