Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 12:28
Bakı. Trend:
Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu məsələ bu gün ölkə parlamentinin hər iki palatasında müzakirə olunacaq.
Xatırladaq ki, Yaponiya baş naziri Şinzo Abe aprelin 8-də paytaxt Tokioda, Osaka şəhərində və digər 5 prefekturada fövqəladə vəziyyət elan etmişdi. Bütün ölkədə fövqəladə vəziyyətin bu gün elan edilməsi gözlənilir.
Qeyd edək ki, bu günədək Yaponiyada 8 600-dən çox şəxsə virusa yoluxub, 178 nəfər virusdan həyatını itirib.