Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda təbii fəlakətlər 31 nəfərin həyatına son qoydu

İranda təbii fəlakətlər 31 nəfərin həyatına son qoydu

Tarix: 1 Iyun 2019 17:28

Bakı. Elnur Bağışov - Trend:

May ərzində İranda təbii fəlakət nəticəsində 31 nəfər həlak olub, 71 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, insan itkisi 17 vilayətdə sel, tufan və ildırım vurma hadisələri nəticəsində qeydə alınıb.

M.Xalidi əlavə edib ki, sel nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb, ildırım vurması nəticəsində 25 nəfər ölüb, 39 nəfər yaralanıb, qasırğa nəticəsində isə 20 nəfər yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda təbii fəlakətlər nəfərin həyatına qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ