Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 23:32
Macarıstanın "MOL Group" şirkəti "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihəsində və Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlərin alınması ilə bağlı "Chevron Global Ventures Ltd" və "Chevron BTC Pipeline Ltd" şirkətləri ilə sazişi uğurla başa çatdırıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Mol Group" AÇG-nin səhmlərinin 9,57, BTC-nin səhmlərinin isə 8,9 faizini əldə edib.
Ümumi əməliyyatın məbləği 1,57 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2019-cu ilin noyabr ayında Macarıstanın MOL şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac kəməri - Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində pay almaq üçün saziş imzalayıb.
Qeyd edək ki, AÇG blokunun işlənməsi üçün müqavilə 1994-cü ildə imzalanıb. 14 sentyabr 2017-ci ildə Bakıda AÇG blokunun 2050-ci ilə qədər işlənməsi ilə bağlı yeni müqavilə imzalanıb.
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir, bunun 443 kilometri Azərbaycan ərazisindən, 249 kilometri Gürcüstan ərazisindən, 1076 kilometri Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel ayında başlanılıb, 18 may 2005-ci ildə isə neftlə doldurulub.