Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 16:00
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş"ə 1-ci Əlavənin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda qeyd edilir:
1. 2020-ci il yanvarın 23-də Belqrad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş"ə 1-ci Əlavə təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən 1-ci Əlavə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 1-ci Əlavənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərsin.