Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 16:34
UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVİD-19 pandemiyası ilə əlaqədar Avro-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.
Qol.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avro-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda Avro-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.