Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''Biz birlikdə güclüyük'' şüarı altında yaşıllıq salındı (FOTO)

Bakıda ''Biz birlikdə güclüyük'' şüarı altında yaşıllıq salındı (FOTO)

Tarix: 17 Aprel 2020 18:06

Bakı. Samir Əli - Trend:

Bakıda "Biz birlikdə güclüyük" şüarı altında yaşıllıq salınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, təhlükəli virusla mübarizədə ön cəbhədə dayanan səhiyyə işçilərinin və polis əməkdaşlarının fədakarlığına və şücaətinə minnətdarlıq əlaməti kimi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!" şüarına dəstək olaraq həmrəyliyimizi simvolizə edən yaşıllıq salındı.

Keçmiş Yod brom zavodunun tullantılardan təmizlənmiş ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər tərəfindən karantin rejiminin tələblərinə əməl olunmaqla minlərlə müxtəlif cinsli ağac əkildi.

Qeyd edək ki, Sovet dönəmindən uzun illər çirklənmiş torpaqlar kimi istifadəsiz qalmış keçmiş
Yod brom zavodunun ərazisi son illər təmizlənərək bərpa edilir, yaşıllıq salınaraq sağlam zonaya çevrilir.

Koronavirusla mübarizədə ön cərgədə gedən, həyatlarını risk altına atan həkimləri və xalqımızın asayişinin və sağlamlığının keşiyində gecə-gündüz çalışan polisləri alqışlayır, onlara inanır və güvənirik.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda


Etiketlər:  Bakıda birlikdə güclüyük şüarı altında yaşıllıq salındı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ