Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2020 08:28
Bakı. Trend:
ABŞ-da yeni koronavirus infeksiyası ilə yoluxma hallarının sayı 700 mini keçib.
Trend-in məlumatına görə, bu barədə Con Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ABŞ-da yoluxanların sayı 700 282 nəfər təşkil edir. 36 822 nəfər ölüb, 58 587 nəfər sağalıb.
Koronavirusun səbəb olduğu bir xəstəlik 2019-cu ilin sonlarında Mərkəzi Çində qeydə alınıb və sonradan əksər ölkələrə yayılıb. Martın 11-də ÜST bunu pandemiya kimi tanıyıb.