Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən iri hava gəmisi Bakıda eniş edib (FOTO, VİDEO)

Dünyanın ən iri hava gəmisi Bakıda eniş edib (FOTO, VİDEO)

Tarix: 20 Aprel 2020 08:14

Bakı. Trend:

Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyanın ən iri An-225 "Mriya" hava gəmisi eniş edib. Əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanına enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir.

Trend-in məlumatına görə, "Mriya" aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik olan hava gəmisidir və 1988-ci ildə "Antonov" aviasiya konserni tərəfindən bir nüsxədə istehsal edilib. Hazırda eyni adlı "Antonov Airlines" yük aviaşirkətinin rəhbərliyi altında istismar olunur.

Bu, "Mriya"nın (Ukrayna dilində "arzu" deməkdir) Bakıda ilk enişi deyil.

Heydər Əliyev Beynəlxalq Aeroportu böyük təyyarələri qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu, həmçinin dünyanın ən iri "Airbus A380" sərnişin laynerini dəfələrlə qəbul edib.

"Mriya"nın Bakıya səfəri haqqında Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən qısa videoçarx hazırlanıb:

Dünyanın ən iri hava gəmisi Bakıda eniş edib (FOTO, VİDEO) - Gallery Image Dünyanın ən iri hava gəmisi Bakıda eniş edib (FOTO, VİDEO) - Gallery Image Dünyanın ən iri hava gəmisi Bakıda eniş edib (FOTO, VİDEO) - Gallery Image Dünyanın ən iri hava gəmisi Bakıda eniş edib (FOTO, VİDEO) - Gallery Image


Etiketlər:  Dünyanın hava gəmisi Bakıda eniş edib FOTO VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ