Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

De Byazi millimizdən təklif alması haqda - ''Hər şey son anda dəyişdi''

De Byazi millimizdən təklif alması haqda -  ''Hər şey son anda dəyişdi''

Tarix: 20 Aprel 2020 12:38

“Millidə işləmək maraqlı təcrübədir. Yığma komanda klubdan fərqlidir. Aylarla fasilədən sonra bir araya gələn futbolçularla oyuna hazırlaşmaq asan deyil”.

Qol.az xəbər verir ki, bu sözləri italiyalı məşqçi Canni De Byazi “Football Italia”ya açıqlamasında deyib.

Millimizin baş məşqçisi vəzifəsinə namizədlərən biri olan 64 yaşlı çalışdırıcı ad çəkməsə də, üstüörtülü şəkildə AFFA-dan təklif aldığını təsdiqləyib: “Məni maraqlandıran bir layihə axtarıram. Ancaq ilk növbədə bu sağlamlıqla bağlı dünyada yaranan problemin necə həll olunacağını gözləməliyik. İranla qonşu ölkəyə getməyə yaxın idim. Hər şey son anda dəyişdi. Əlavə olaraq koronavirus problemi də ortaya çıxdı".

Qeyd edək ki, “Torino”, “Levante”, “Udineze”, “Alaves” kimi klubları və Albaniya millisini çalışdırmış De Byazi 2017-ci ildən işsizdir.
 


Etiketlər:  Byazi millimizdən təklif alması haqda Hər şey anda dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ