Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DANX: Bəzi sürücülər onlara verilən icazədən sui-istifadə edirlər

DANX: Bəzi sürücülər onlara verilən icazədən sui-istifadə edirlər

Tarix: 20 Aprel 2020 13:21

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu saata qədər 3 413 nəfər yükdaşıma ilə məşğul olan fiziki şəxslə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, həmin şəxslər ölkə daxilində öz fəaliyyətlərini sərbəst şəkildə icra edə bilərlər:

“Əlavə olaraq 1 196 nəfər taksi sürücü ilə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib”.

N. Allahyarova qeyd edib ki, bəzi sürücülər bu icazədən sui-istifadə də edirlər:

“Onlara bildirmək istəyirəm ki, bu icazə sizə ona görə verilir ki, fəaliyyətinizi rahat şəkildə həyata keçirə biləsiniz. İcazə sizin şəxsi işləriniz üçün verilmir”.


Etiketlər:  DANX Bəzi sürücülər onlara verilən icazədən sui istifadə edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ