Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2019 10:04
Elvin Məmmədov və Cavid Tağıyevdən sonra Əli Babayev də "Sumqayıt"dan ayrılıb.
Qol.az-ın xəbərinə görə, bu barədə yarımmüdafiəçi özü şəxsi "Feysbuk" səhifəsində məlumat verib. Klub rəhbərliyi, komanda yoldaşları və azarkeşlərə təşəkkür edən 28 yaşlı oyunçu ölkə kubokunu qazana bilmədikləri üçün təəssüfünü dilə gətirib. İsrail əsili futbolçu sonda isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə Bakıda keçiriləcək oyunlarda millimizə uğurlar arzulayıb.
Əldə etdiyimiz məlumata görə, Əli karyerasını yenidən İsraildə davam etdirəcək. Ancaq onun hansı kluba keçəcəyi barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, Babayev "Sumqayıt"a ötən yay İsrilin "Hapoel Raanana" klubundan keçmişdi. O, "gənclik şəhəri" təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı.