Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 16:40
Bakı. Trend:
Türkiyənin koronavirus epidemiyasına qarşı mübarizəsində texniki peşə təhsilinin rolu elmi nəşr olub. Türkiyə Milli Təhsil nazirinin müavini professor Mahmud Özerin "Türkiyədə Koronavirüs Epidemiyasında - Qara Günün Dostu: Texniki Peşə Təhsili" adlı məqaləsi dərc olunub.
Trend-in məlumatına görə, məqalədə qeyd olunub ki, Türkiyədə texniki peşə təhsilinin əhəmiyyəti koronavirus epidemiyası ilə mübarizə zamanı daha da önəmli olub.
Artan istehsal gücü ilə texniki peşə təhsilinin əhəmiyyəti bu çətin günlərdə cəmiyyətin ehtiyaclarını ödəyən əsas aktyorlardan birinə çevrilib. Tədqiqatda texniki peşə təhsili müəssisələri tərəfindən koronavirus epidemiyası ilə mübarizə prosesində həyata keçirilən istehsal prosesləri müzakirə olunmaqla yanaşı texniki peşə təhsilinin inkişaf etdirilməsi üçün atılması vacib olan addımlar və inkişaf sahələri də qısaca qiymətləndirilib.
Qeyd edilib ki, epidemiya günlərində təmizlik ləvazimatları, tibbi maskalar və birdəfəlik istifadə olunan materiallar təmin edilməsi ən çətin məsələlərdən biridir. Milli Təhsil Nazirliyinin dəstəyi ilə Anadolu Texniki Peşə Liseylərində ayda təxminən 10 milyon ədəd maska istehsal edilir.
Türkiyənin müxtəlif bölgələrində yerləşən bütün məktəblərin təmizlik ləvazimatı ehtiyacları Anadolu Texniki Peşə Liseylərində istehsal edilən məhsullarla təmin edilir.
Texniki peşə təhsili müəsisələrində elmi-tədqiqat işləri çərçivəsində istehsal edilən qoruyucu maska, birdəfəlik istifadə olunan məhsullar və N95 standartında üz maskaları, həmçinin səhiyyə işçilərinə də paylanılır.
Bu, “Təhsil Vizionu-2023” layihəsinin elan edilməsi və təkmilləşdirilməsindən sonra texniki peşə təhsil sisteminin epidemiya günlərində cəmiyyətin ehtiyaclarını sürətlə təmin etdiyini göstərir. Tədqiqat zamanı açıqlanan amillərlə inkişaf etdirildiyində texniki peşə təhsili sistemi böhran dövrlərində cəmiyyətin ehtiyaclarını təmin edən əsas amillərdən birinə çevriləcək.