Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 16:54
Millidə işləmək maraqlı təcrübədir. Yığma komanda klubdan fərqlidir. Aylarla fasilədən sonra bir araya gələn futbolçularla oyuna hazırlaşmaq asan deyil.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri italiyalı məşqçi Canni De Byazi "Football Italia"ya açıqlamasında deyib.
Millimizin baş məşqçisi vəzifəsinə namizədlərən biri olan 64 yaşlı çalışdırıcı ad çəkməsə də, üstüörtülü şəkildə AFFA-dan təklif aldığını təsdiqləyib: "Məni maraqlandıran bir layihə axtarıram. Ancaq ilk növbədə bu sağlamlıqla bağlı dünyada yaranan problemin necə həll olunacağını gözləməliyik. İranla qonşu ölkəyə getməyə yaxın idim. Hər şey son anda dəyişdi. Əlavə olaraq koronavirus problemi də ortaya çıxdı".
Qeyd edək ki, "Torino", "Levante", "Udineze", "Alaves" kimi klubları və Albaniya millisini çalışdırmış De Byazi 2017-ci ildən işsizdir.