Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəzi sürücülər onlara verilən icazədən sui-istifadə edirlər - DANX

Bəzi sürücülər onlara verilən icazədən sui-istifadə edirlər - DANX

Tarix: 20 Aprel 2020 17:22

Bu saata qədər 3 413 nəfər yükdaşıma ilə məşğul olan fiziki şəxslə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, həmin şəxslər ölkə daxilində öz fəaliyyətlərini sərbəst şəkildə icra edə bilərlər:

"Əlavə olaraq 1 196 nəfər taksi sürücü ilə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib".

N.Allahyarova qeyd edib ki, bəzi sürücülər bu icazədən sui-istifadə də edirlər:

"Onlara bildirmək istəyirəm ki, bu icazə sizə ona görə verilir ki, fəaliyyətinizi rahat şəkildə həyata keçirə biləsiniz. İcazə sizin şəxsi işləriniz üçün verilmir".

Milli.Az


Etiketlər:  Bəzi sürücülər onlara verilən icazədən sui istifadə edirlər DANX


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ