Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“TikTok” sosial şəbəkəsi uşaqlar üçün daha təhlükəsiz olacaq

“TikTok” sosial şəbəkəsi uşaqlar üçün daha təhlükəsiz olacaq

Tarix: 21 Aprel 2020 08:16

"TikTok" qısamüddətli videolar sosial şəbəkəsi sürətlə populyarlaşır. Sosial şəbəkənin auditoriyasının böyük əksəriyyəti yeniyetmələr olduğuna görə tərtibatçılar xidmət daxilində təhlükəsiz atmosferi qoruyub saxlamaq üçün nəzərdə tutulmuş "Ailə tənzimləmələri" funksiyasını əlavə etməyə qərar verib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Ailə tənzimləmələri" funksiyası valideyn və yeniyetmələrin öz fərdi ehtiyaclarına uyğun olaraq təhlükəsizlik parametrləri təyin etməsinə imkan verir. Bu funksiyanın köməyi ilə böyüklər öz profilini uşağın profili ilə birləşdirə, onun hesabının bir sıra təhlükəsizlik və məxfilik tənzimləmələrinə giriş əldə edə bilərlər:

· Ekran vaxtına nəzarət seçimi uşağın gündəlik proqramdan istifadə edə biləcəyi vaxtı tənzimləməyə imkan verir.

· Təhlükəsiz rejim arzuolunmaz məzmuna girişi məhdudlaşdıracaq.
 
 
· Şəxsi yazışma tənzimləmələri uşağa mesaj göndərə bilən istifadəçilərin siyahısını məhdudlaşdırmağa kömək edəcək.
 
Sözügedən funksiya tezliklə əlçatan olacaq. Bundan başqa, 30 apreldən etibarən xidmətdə yaşı 16-dan aşağı olan istifadəçilər üçün mesajlaşma imkanı əlçatmaz olacaq.


Etiketlər:  TikTok sosial şəbəkəsi uşaqlar üçün daha təhlükəsiz olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ