Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təxminən 1,6 milyard dollar...

Təxminən 1,6 milyard dollar...

Tarix: 21 Aprel 2020 08:28

"International Data Corporation" (IDC) şirkəti bu il dünya telekommunikasiya xidmətlər bazarının inkişafı haqqında proqnoz verib. Koronavirus pandemiyası sahəyə ciddi təsir göstərəcək.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, artıq bir çox müəssisələr öz fəaliyyətini dayandırmağa və ya əməkdaşlarını distant iş rejiminə keçirməyə məcbur olublar. Bəzi kiçik şirkətlər isə ümumiyyətlə bağlanıb. Bundan başqa, bir çox ölkələrdə vətəndaşlar karantin qaydalarına uyğun olaraq evdə qalırlar.
 
Analitiklər deyirlər ki, koronavirus, bir tərəfdən, rabitə xidmətlərinə, xüsusən də mobil və sabit genişzolaqlı internetə tələbatı artırıb.
 
Digər tərəfdən isə biznes sektorunda azalma var.
 
Nəticədə bu il telekommunikasiya xidmətləri bazarının həcmi 2019-cu illə müqayisədə, demək olar, dəyişməyəcək. Bu seqmentdə xərclər 1,6 milyard dollar məbləğində proqnozlaşdırılır.
 
Bu il pandemiya şəraitində qlobal İT və biznes xidmətləri bazarının həcminin 1,1% azalacağı da qeyd olunur. "IDC" analitik şirkətinin məlumatına görə, 2021-ci ildə artım 1% civarında olacaq.


Etiketlər:  Təxminən milyard dollar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ