Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?

COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?

Tarix: 21 Aprel 2020 16:30

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un qəpik və kağız pullar vasitəsilə ötürülə bilməsinin mümkünlüyünü açıqlayıb.

Trend-in məlumatına görə, ÜST-ün Azərbaycandakı nümayəndəliyi bildirir ki, hazırda COVID-19 virusunun qəpik və ya kağız pullar vasitəsilə ötürülə biləcəyini təsdiq və ya təkzib edən fakt yoxdur. Buna baxmayaraq, infeksiyaya yoluxmuş insandan xaric olunan tənəffüs damcıları səthlərin üzərinə düşə və orada qala bilər.

ÜST bunları nəzərə alaraq, insanlara tövsiyə edir ki, əllərinizi qəpik və ya kağız pullar kimi tez-tez toxunulan istənilən səthə və əşyaya vurduqdan sonra düzgün şəkildə, müntəzəm olaraq yuyun. Əlləriniz təmiz deyilsə, gözlərinizə, ağzınıza və burnunuza toxunmayın.


Etiketlər:  COVID 19 qəpik kağız pullar vasitəsilə insana keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ