Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternetin verilişi nə vaxt bərpa ediləcək? - YENİLƏNİB

İnternetin verilişi nə vaxt bərpa ediləcək? - YENİLƏNİB

Tarix: 21 Aprel 2020 17:14

17:12

Bakıda bir sıra internet provayderləri abunəçilərə internet xidmətlərinin təqdim olunmasında çətinlik yaşayır.

Milli.Az bildirir ki, bunu Trend-ə KATV1-in marketinq şöbəsinin rəhbəri Əli Əliyev deyib.

Onun sözlərinə görə, internet trafikin verilməsində problemlər provayderlərin özündə yox, onlara trafiki təqdim edən operatorda yaranıb.

Ə.Əliyev bildirib ki, hazırda bərpa işləri aparılır və 15-20 dəqiqə ərzində abunəçilərə internet normal qaydada veriləcək.

---------

17:06

Azərbaycanın bir sıra şəhər və rayonlarının internetlə təchizatında çətinliklər yaranıb.

Milli.Az xəbər verir ki, bir neçə saatdır fasilələrlə kəsilən internetdə bu dəqiqələrdə problem daha çox hiss olunmağa başlayıb, bir çox internet provayderlərinin işi iflic olub.

Hazırda yaranmış fasilənin səbəbi ilə bağlı konkret məlumat verilmir.

Turqut
Milli.Az


Etiketlər:  İnternetin verilişi vaxt bərpa ediləcək YENİLƏNİB


RƏYLƏR