Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O sözü eşidəndə gülmədiniz? Kişi kimi söyüş söyüb də'' - Nazilə Afaq Bəşirqızının söyüş söyməsindən danışdı

''O sözü eşidəndə gülmədiniz? Kişi kimi söyüş söyüb də'' - Nazilə Afaq Bəşirqızının söyüş söyməsindən danışdı

Tarix: 21 Aprel 2020 17:15

Şairə, aparıcı Nazilə Səfərli bu günün mövzusu olan aparıcı Elgiz Əkbər və xalq artisti Afaq Bəşirqızının qalmaqalından danışıb.

Sonxeber.net big.az-a istinadla xəbər verir ki, Nazilə bu barədə sosial media hesabında paylaşım edib.

"Gəlin belə danışaq: aranızda ömrü boyu bir dəfə də olsun söyüş söyməyən insan varsa, şərh yaza bilər. Yoxdursa, insanı intihar həddinə çatdırmayaq. Afaq xanım bizim əzizimizdir, Elgiz isə dəyərli iş yoldaşım. Hər ikisinə hörmətim sonsuzdur. Afaq xanım prezidentlə görüşə gedib bütün aktyorların ehtiyaclarını açıqlayanda heç kim demədi aaaa, sən niyə kişi kimi qabağa düşüb öz dərdini yox, başqalarının problemini həll edirsən?!İndi də kişi söyüşü söyüb, təəccüblənməyək, yaxud sənətkarımızı utandırmayaq. İndi düzünü boynunuza alın, kimin eşidəndə azca da olsa dodağı qaçdı, hə?"

Qeyd edək ki, ötən gün "Elgizlə İzlə" proqramında xalq artisti Afaq Bəşirqızı söyüş söyüb. MTRŞ verilişin xalq artistinin qeyri-etik ifadələrinə görə telekanalın yayımını 6 saatlıq dayandırıb.


Etiketlər:  sözü eşidəndə gülmədiniz Kişi kimi söyüş söyüb Nazilə Afaq Bəşirqızının söyüş söyməsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ