Tarix: 21 Aprel 2020 19:12
Bu gün UEFA quruma üzv olan 55 milli assosiasiya nümayəndələri ilə birgə videokonfrans keçirib.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda həm milli komandaların, həm də klub yarışlarının oyunlarını əhatə edən müxtəlif təqvim variantları təklif olunub.
Assosiasiyalara çempionatları və kubok yarışlarını tamamlamaq ciddi şəkildə tövsiyə edilib. Bildirilib ki, hansısa liqanın fəaliyyəti dayandırılsa, həmin ölkənin klublarının avrokuboklarda yarışmaq üçün tədbirlər planı hazırlanacaq.
Qeyd edilən mövzulara dair qərarların aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclasından sonra elan ediləcəyi bildirilib.