Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həkimə getdim, virus ağciyərimə düşmüşdü'' - Ramil Quliyev

''Həkimə getdim, virus ağciyərimə düşmüşdü'' - Ramil Quliyev

Tarix: 22 Aprel 2020 13:40

Koronavirus xəstəliyinin bütün dünyada yayılmasına baxmayaraq, Parisdəki Avropa çempionatının keçiriləcəyinə inanıram və hazırlığımızı buna uyğun davam etdiririk.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan dünya və Avropa çempionu avqustdakı qitə birinciliyi zamanı tədbirlər alınacağını söyləyib: "Əgər riskli vəziyyət olsa, bizi heç kim Parisə çağırmaz. Bəzi məlumatlar verildi. Əgər risk olarsa, ora getdikdən sonra xüsusi avtobus ayrılacaq, küçəyə çıxıb gəzə bilməyəcəyik. İdmançılarla nümayəndələr bir yerdə qalacaqlar. Nə çöldən içəri girən olacaq, nə də içəridən çölə çıxan. İşçi minimum sayda olacaq. Bizə gələn təlimatlar bunlardır. Bundan başqa, bizi ora xüsusi təyyarə ilə aparacaqlarını düşünürəm. Avqustda bu yarışın təşkil olunacağına inanıram. Mənim əsas hədəfim titulumu qorumaqdır".

Quliyev ötən ilin onun üçün uğurlu keçmədiyini etiraf edib. 30 yaşlı idmançı səhhətində də problemlər yaşadığını vurğulayıb: "Dohadan gələndə narahat idim. Ondan sonra Yaponiya və Çinə getdik. Tez-tez ölkə dəyişdirdiyim üçün Çindən döndükdən sonra özümü pis hiss edirdim. Təşkilat Komitəsinin baş direktoruna müraciət etdim. O, bədənimdə virus olduğunu, buna qarşı dərmanın olmadığını dedi və gözləməyimi məsləhət gördü. Mayın sonlarında daha da pisləşdim. 39 dərəcə hərarətim var idi. İstanbulda həkimə getdim. Virus ağciyərə düşmüşdü. Müalicə ilə virus getsə də, iynə-dərmanlar performansıma da təsir etmişdi".

Ramil Quliyev əlavə edib ki, Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salındığından məşqçisi ilə birlikdə yeni məşq sistemindən istifadə edirlər: "Olimpiadanın təxirə salınması, bəlkə də, yaxşı oldu. Hazırda məşqçimlə fərqli çalışma metodundan yararlanırıq. Bunun nəticəsini avqustda görəcəyik".

Həmyerlimiz sonda həyatında verdiyi ən çətin qərarın ölkə dəyişdirmək olduğunu deyib.


Etiketlər:  Həkimə getdim virus ağciyərimə düşmüşdü Ramil Quliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ