Tarix: 22 Aprel 2019 13:00
Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə" ilə görüşdə zədələnən "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının durumu ciddidir.
Qol.az xəbər verir ki, ukraynalı qolkiper ən azı 2-3 həftə meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, 36 yaşlı qapıçı ölkə kubokunun yarımfinalında "Qarabağ"la keçiriləcək oyunları, Premyer Liqamızda isə "Səbail" və "Neftçi" ilə görüşləri buraxacaq.
Qeyd edək ki, "Qəbələ" sabah "Qarabağ"la öz meydanında, mayın 1-də isə səfərdə qarşılaşacaq.