Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda əhalinin gəlirləri son üç ayda 6,8 faiz artıb

Azərbaycanda əhalinin gəlirləri son üç ayda 6,8 faiz artıb

Tarix: 23 Aprel 2020 11:36

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci il yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 13 milyard 442,5 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 1350,2 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 12195,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 5,8 faiz çox vəsait qalıb.

2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3581,9 manat, qeyri neft-qaz sektorunda 650,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 607,7 manat, özəl müəssisələrdə isə 845,9 manat olub.


Etiketlər:  Azərbaycanda əhalinin gəlirləri üç ayda faiz artıb


RƏYLƏR