Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmaz KOB İnkişaf Mərkəzi Biznes planın hazırlanmasına dair onlayn təlimlərə başlayıb

Xaçmaz KOB İnkişaf Mərkəzi Biznes planın hazırlanmasına dair onlayn təlimlərə başlayıb

Tarix: 23 Aprel 2020 15:24

Aprelin 23-dən etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar (KOB) və biznesə başlamaq istəyənlər üçün "Biznes planın hazırlanması" mövzusunda distant formada təlimlərə başlanılıb.

Sonxeber.net xəbər verir ki, KOBİA-dan Trend-ə bildirilib ki, təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat veriləcək. Bununla yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-lar üçün mövcud bizneslərini inkişaf etdirmək və yeni biznes yaratmaq məqsədilə təlim çərçivəsində əldə etdikləri bilikləri biznes plan nümunələri üzərində praktiki tətbiq etmək imkanı yaradılacaq.

Aprelin 30-dək davam edəcək təlimdə iştirak etmək istəyən KOB-lar Xaçmaz KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər (+994 55 222-15-04, e-mail: [email protected] ).

Təlimdə iştirak ödənişsizdir.


Etiketlər:  Xaçmaz İnkişaf Mərkəzi Biznes planın hazırlanmasına dair onlayn təlimlərə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ