Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yarasalarda yeni növ koronavirus aşkar edildi

Yarasalarda yeni növ koronavirus aşkar edildi

Tarix: 23 Aprel 2020 21:51

Hindistanın "Hindistan Deyli" jurnalının verdiyi məlumata görə, Hindistan Tibb Tədqiqat Şurasının alimləri, bu ölkədə yarasalarda hələ öyrənilməmiş yeni bir növ koronavirus aşkar edilib. Jurnaldan verilən xəbərə görə, söhbət Himaçal Pradeş əyalətindəki yarasalarda tapılan "BtCoV" virusundan gedir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, turistləri özünə cəlb edən bu yarasalar Kerala, Tamiland əyalətlərində və Puduçeriya ərasizisində geniş yayılmışdır. Alimlər, 25 halda bu virusun iki növünü araşdırmaq üçün, iki növ yarasa seçib. Hindistan Milli Virusoloji İnstitutunun işçilərindən birinin sözlərinə görə, bu virus növünün insanlar üçün nə qədər təhlükəli olduğunu daha dəqiq araşdırmaq lazımdır, çünki hazırda bu virus növünün insanlarda bir xəstəlik yaratmasına dair heç bir dəlil yoxdur. "Bu yarasaların, koronavirusunun mövcud yoluxucu xəstəlik olan KOVİD-19 virusuna səbəb olan SARS-CoV-2 virusu ilə əlaqəsi olmadığını əminliklə söyləyə bilmərik. 2018-2019-cu illərdə bu yarasalar Nipah virusuna yoluxmuşdu. Bu virusa yoluxmuş insanlar arasında 70% ölüm səbəb olur", - deyə tədqiqatçı bildirib.


Etiketlər:  Yarasalarda yeni növ koronavirus aşkar edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ