Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 01:32
Bakı. Trend:
Avropa İttifaqı ölkələrinin liderləri may ayının əvvəlində koronavirusun yayılması səbəbilə yaranan böhranın aradan qaldırılması üzrə tədbirləri müzakirə etmək üçün yeni videokonfrans keçirəcəklər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu pandemiyadan sonra Avropa iqtisadiyaytının bərpa edilməsinə dair keçirilən videokonfransın yekunları üzrə Fransa prezidenti Emmanuel Makron deyib.
E.Makron bildirib: "Mayın əvvəlində yeni görüş təşkil ediləcək. Aİ liderləri böhrana tez və güclü reaksiya verməyə dair konsensusa sahibdirlər".