Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 09:32
Bakı. Trend:
Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa 25 yoluxma halı qeydə alınıb.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə nazirinin müavini Nurbolot Usenbeyev brifinq zamanı deyib.
Onun sözlərinə görə, yoluxma hallarından 6-sı ölkənin paytaxtı Bişkek şəhərində, 3-ü Oş vilayətində, 3-ü Oş şəhərində, 4-ü Çuy vilayətində, 9-u isə Narin vilayətində aşkarlanıb.
Nazir müavini qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 656 nəfərə çatıb.