Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

190 manatı almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUNLAR! Mesaj səhv göndərilir? - VİDEO

190 manatı almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUNLAR! Mesaj səhv göndərilir? - VİDEO

Tarix: 24 Aprel 2020 14:12

Hələ də 190 manat birdəfəlik ödəmənin təyini ilə bağlı xəbərdarlıq sms-ni almayanlar var. Bu, həm də o zaman olur ki, vətəndaş qeydiyyatdan keçən zaman mobil nömrənin rəqəmlərindən birini və ya bir neçəsini səhv yazır. Bu da həmin o xəbərdarlıq sms-nin başqa şəxsə getməsinə səbəb olur.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Qızım yardım üçün müraciət etmişdi, lakin ona başqa adamın ad, soyadı gəlmişdi. Qızımın öz adı gəlməyib".

Sakin: "Mənə başqa adamın adı gəlib, tanımıram kimdir. Heç nəslimizdə elə adam yoxdur".

Son vaxtlar oxşar müraciətlər çoxalıb. Vətəndaşa birdəfəlik ödəmənin təyin olunması ilə bağlı sms göndərilir, amma orada başqa bir adamın adı, soyadı qeyd olunur. Dövlət Məşğulluq Xidməti bunu vətəndaşların qeydiyyatdan keçən zaman öz mobil nömrəsini elektron sistem üzərindən səhv qeyd etməsi ilə əlaqələndirir. Bir rəqəmin belə səhv qeyd olunması artıq təyinat barədə sms-in başqa bir adama getməsi ilə nəticələnir.

Əsmər Nəcməddinqızı - DMX-ın mətbuat katibi: "Bu kimi hallarla üzləşən şəxslərdən xahiş edirik ki, onlar yaşadıqları ərazi üzrə rayon, şəhər məşğulluq mərkəzləri ilə əlaqə saxlasınlar və bu barədə məşğulluq mərkəzlərinin əməkdaşlarına informasiya versinlər ki, mərkəzin əməkdaşları bunu araşdırıb, artıq təyinat aparılan vətəndaşla əlaqə saxlayaraq, ona bu barədə məlumat verə bilsinlər".

Artıq bu kimi halların baş verməməsi üçün e-sosial portalı üzərindən qeydiyyatla bağlı bir yenilik həyata keçirilib.

Əsmər Nəcməddinqızı - DMX-ın mətbuat katibi: "Artıq vətəndaş qeydiyyatdan keçən zaman onun mobil nömrəsinə sms vasitəsilə bildiriş kodu gəlir. Həmin şifrəni artıq daxil edəndən sonra vətəndaş öz qeydiyyatını tamamlaya bilir".

Bu günə qədər qeydiyyatdan keçən, amma elektron sistemdə öz mobil nömrəsini səhv yazıdığını düşünən vətəndaşlar məşğulluq mərkəzləri ilə əlaqə saxlayıb, bu səhvi aradan qaldıra bilərlər.


Etiketlər:  manatı almaq istəyənlər xəbəri MÜTLƏQ OXUSUNLAR Mesaj səhv göndərilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ