Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada danışılmış oyunlarda iştirak edən iki sabiq futbolçu həbs olunub

İspaniyada danışılmış oyunlarda iştirak edən iki sabiq futbolçu həbs olunub

Tarix: 24 Aprel 2020 14:44

Bakı. Trend:

İspaniyanın Navarra əyalət məhkəməsi danışılmış oyunlarda şübhəli şəxsləri, o cümlədən iki sabiq futbolçunu azadlıqdan məhrum edib.

Trend-in məlumatına görə, “Osasuna” futbol klbunun keçmiş direktorlarından biri Anxel Mariya Biskaya 8 il 8 ay müddətində həbs edilib.

“Betis” klubunun sabiq futbolçuları Antonio Amaya və Xavyer Torres bir il müddətinə azadlıqdan məhrum edilib.

Onlar 2012-2014-cü illər ərzində iki danışılmış matçın təşkil olunmasında təqsirli bilinib.

Ümumilikdə, həmin cinayət işində 11 nəfərin adı hallanıb. Onlardan 9 nəfəri müxtəlif cəzalara məhkum edilib.


Etiketlər:  İspaniyada danışılmış oyunlarda iştirak edən sabiq futbolçu həbs olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ