Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 15:22
Azərbaycanda geoloji parklar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Ətraf mühitin mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Bundan əlavə, "Ovçuluq haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, geoloji parklarda ovçuluğun həyata keçirilməsi qadağan edilir.
Torpaq Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə, geoloji parkların torpaqları təbii qoruq təyinatlı torpaqlara aid edilir, eyni zamanda geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab edilir.