Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək

Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək

Tarix: 24 Aprel 2020 16:28

"Bələdiyyələr maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bununla bağlı biz Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcəyik".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir:

"Bu gün bələdiyyələrin maaş vermək imkanı yoxdur. Ona görə həmin insanların maaşlarının verilməsi ilə bağlı müraciət edəcəyik".

Deputat Kamran Bayramov isə 9 minə qədər bələdiyyə işçisinin və qulluqçusunun maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsini təklif edib.


Etiketlər:  Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək


RƏYLƏR