Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 16:56
Azərbaycanda yük göndərənin daşıyıcı qarşısında məsuliyyəti artırılır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Məcəllənin 853.2-ci maddəsində "məlumatın" sözü "məlumatların və sənədlərin" sözləri ilə əvəz edilir. Bununla da yük göndərən yalnız məlumatın deyil, sənədlərin də olmamasına görə dəyən zərərin əvəzini ödəyəcək.
Hazırkı maddədə isə qeyd olunur:
"Yük göndərən bu məlumatın olmaması və qeyri-dəqiqliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir".